Türk nazir Belçika terrorundan son anda xilas olub - FOTO

23 марта 2016 08:59

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçinin Belçikanın paytaxtı Brüsseldə baş vermiş terror aktından son anda xilas olduğu məlum olub.

Day.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə nazir Tüfenkçi özü məlumat verib.

Dünən səhər nazir Bülent Tüfenkçi Avropa İttifaqı nazirlərinin iclasında iştirak etmək üçün təyyarə ilə Belçikanın paytaxtı Brüsselə getməli idi.

"Əslində mən də səhər Brüsselə uçmalı idim. Saat 11 radələrində orda ola bilərdim. Son anda xilas olduq. Deməli hər şeydə bir xeyir var" - deyə nazir parlamentdəki AKP qrupunda Büresseldə baş verənləri şərh edərkən deyib.

Ticarət və gömrük naziri Bülent Tüfenkçinin Belçikaya nəzərdə tutulan səfəri bu şəhərdə PKK terrorçularının qurduğu nümayiş çadırına rəsmi Brüsselin reaksiya verməməsi səbəbindən nazirlər kabinetində aparılan müzakirələrdən sonra ləğv olunmuşdu.

Dünən səhər Belçikanın paytaxtı Brüsseldə 34 nəfərin ölümü, 136 nəfərin yaralanması ilə nəticələnən silsilə terror hadisələri baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.