AMEA-nın Elm Tarixi İnstitutunun direktoru Rusiyaya gedir

23 марта 2016 10:00 комментариев

Day.Az представляет новость на азербайджанском языке

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli 28 mart-1 aprel 2016-cı il tarixlərində Rusiya Federasiyasında elmi ezamiyyətdə olacaq.

Akademiyadan Trend-ə verilən məlumata görə, M.Seyidbəyli Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Elm və Texnologiya Tarixi İnstitutunun XXII illik elmi konfransında iştirak edəcək. O, konfransda "Azərbaycanda neft sənayesinin tarixi - Bibi Heybət buxtasının yaranması" mövzusunda məruzə ilə çıxış edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.