Bakıda 23 yaşlı gəncin qanı töküldü

Day.Az представляет новость на азербайджанском языке

Bakıda qətl törədilib.

Day.Az bildirir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun İ.Hidayətzadə küçəsi ev 3-ün qarşısında qeydə alınıb. Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü Məmməd Məmmədov münaqişə zəminində tanışı, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Zülfüqar Əzizlini bıçaqlayıb. Nəticədə Z.Əzizli xəstəxanaya aparılarkən yolda ölüb.     
 
Hadisəni törədən M.Məmmədov saxlanılıb.
 
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.