Terrorçu Brüssel polisini aldatdı - YENİLƏNİB

23 марта 2016 16:14 комментариев

Day.Az представляет новость на азербайджанском языке

----------
16:14

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Belçika prokurorluğu Paris və Brüsseldə terakt törədənlərin əlaltısı olan Laaşrauinin həbsini təkzib edib. 

----------
15:57

Belçikada həbs edilən şübhəli Nəcim Laaşraui deyil. 

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Derniere Heure nəşri məlumat yayıb.

Bu gün Belçika prokurorluğu məsələyə aydınlıq gətirmək üçün mətbuat konfransı keçirəcək. 

Paris hücumlarındakı partladıcı dolu kəmərlərin birindəki əl izlərindən təsbit edilən Nəcim Laaşraui 2014-cü ilin martından beynəlxalq axtarışa verilib: ona qarşı terror fəaliyyətinə görə qiyabi ittiham irəli sürülüb.  Prokuror Laaşrauiyə 15 il həbs istəyib. 

----------
14:18

Brüsseldə terakt törədən Nəcim Laaşraui həbs edilib. 

Milli.Az gazeta.ru-ya istinadən bildirir ki, bu barədə Reuters məlumat yayıb.

Öncəki məlumatda Laaşrauinun Salah Əbdeslamın köməkçisi olduğu vurğulanırdı.

Martın 21-də Belçika polisi Əbdeslamın köməkçisinin şəxsiyyətini müəyyənləşdirmişdi: Paris hücumlarındakı partladıcı dolu kəmərlərin birindəki əl izlərinin DNT analizi bunun 24 yaşlı Nəcim Laaşraui olduğunu ortaya çıxarmışdı. Polis Laaşrauini axtarışa vermişdi. 

-----------
13:14

Brüsseldə partlayış törədən terrorçulardan daha birinin adı məlum olub.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, onun Nəcim Laaşraui olduğu güman edilir.

RTBF telekanalının məlumatına görə, Laaşraui 2015-ci il noyabrın 13-də Parisdəki teraktı törədən qrup üçün bomba hazırlayıb.

"Bu, prioritet versiyadır. Nəcim Laaşraui Parisdəki, indi isə Brüsseldəki partlayışlarda şübhəli bilinir", -məlumata deyilir.

-----------
11:56

Brüsseldə hava limanında baş verən terror aktını törədənlərin kimliyi məlum olub.

Day.Az APA-ya istinadən bildirir ki, bu barədə RTBF telekanalı xəbər yayıb. Terror aktını Belçika vətəndaşları olan Xalid və Brahim Bakraui qardaşlarının törətdikləri açıqlanıb. 

Xatırladaq ki,  Brüsseldə Zaventem hava limanında dünən ard-arda iki güclü partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb. Hələlik partlayışın səbəbi məlum olmasa da, terror aktı olduğu barədə şübhələr var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.