Azərbaycanda hələ belə evlilik təklifi olmamışdı

Day.Az представляет новость на азербайджанском языке

Voleybol üzrə İtaliyanın ikinci divizionunda oynayan komandalar arasında keçirilən ölkə kubokunun finalı sürpriz hadisə ilə başa çatıb. Apasport.az-ın məlumatına görə, "Forli"nin "Soverato"ya 3:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra çılğınlığı ilə seçilən Ancelo Vercesi zala toplaşan azarkeşləri təəccübləndirib.

İtaliyada növbəti titulunu qazanan braziliyalı mütəxəssis mükafatlandırmadan öncə Belarus millisinin blokçusu Vera Klimoviçə evlənmə təklifi edib. Bu sürpriz qarşısında təəccübünü gizlətməyən "Forli"nin voleybolçusu göz yaşları içərisində "hə" cavabı verib. Bütün bunlar isə azarkeşlər və hər 2 klubun oyunçularının alqışına səbəb olub.
 
Qeyd edək ki, "Bakı" (2011/2012) və "Azəryol"un (2013/2014) baş məşqçisi işləmiş Vercesi Azərbaycan Super Liqasının gümüş və bürünc mükafatçısıdır. O, 2012-ci ildə "Bakı"nı "Çelenc Cup"ın finalına da yüksəldib. Klimoviç isə 2009-2014-cü illərdə Bakının "Lokomotiv" klubunda oynayıb. O, "dəmiryolçular"la "Çelenc Cup"ı, Super Liqanın gümüş və bürünc medallarını qazanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.