İki maşın toqquşdu: 6 yaralı

23 марта 2016 16:35 комментариев

Day.Az представляет новость на азербайджанском языке

İmişlidə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə ötən gün İmişli rayonunun Xubyarlı kəndində qeydə alınıb. Cəbrayıl rayon sakini, 1959-cu il təvəllüdlü Mirzəliyev Əsəd Mirzəli oğlunun idarə etdiyi "Opel Astra" markalı, 90 DS 251 dövlət nömrə nişanlı avtomobillə Xubyarlı kənd sakini Məmmədov İmran Teyyub oğlunun idarə etdiyi "Mercedes" markalı, 99 CP 143 dövlət nömrə nişanlı avtomobil toqquşub.
 
Nəticədə "Opel Astra" markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər Cəbrayıl rayon sakinləri, 1983-cü il təvəllüdlü Mirzəliyev Rüstəm Əsəd oğlu, 2012-ci il təvəllüdü Mirzəliyev Ruslan Rüstəm oğlu, 2009-cu il təvəllüdlü Mirzəliyeva Mələk Rüstəm qızı, 1989-cu il Qulaməliyeva Leyla Hidayət qızı və "Mercedes"də olan sərnişin, İmişli sakini, 1956-cı il təvəllüdlü Abdullayev İxtiyar İsmayıl oğlu müxtəlif xəsarətlərlə  İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.