Bakıda "kamikadze" sürücü peyda oldu - VİDEO

24 марта 2016 10:44 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Bakının Xətai rayonu ərazisində, Məhəmməd Hadi küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan 99-CT-422 dövlət nömrə nişanlı betonqarışdıran yük maşını kəskin manevrlər edir, digər sürücülər üçün təhlükə yaradır. Onun bu hərəkətləri sürücülərdən biri tərəfindən qeydə alınıb.

Day.Az avtosfer.az-a istinadən bildirir ki, video martın 22-də çəkilib. Yük maşını kəskin şəkildə manevrlər edir, digər sürücülər üçün təhlükə yaradır. Hətta belə görünür ki, o, sərxoşdur və maşını "8 yaza-yaza" sürür. Bəzənsə qəsdən digər maşınların üstünə sürüb qəza şəraiti yaradır. Bunu görən digər sürücülərin ona irad tutmasına baxmayaraq, o, hərəkətlərindən qalmır və özünə haqq qazandırır. Hadisə şahidlərinin bildirdiyinə görə, Babək prospektində, "Maşın bazarı"nın yaxınlığında sürücülər onu saxladaraq, döyüblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.