Bakının məşhur restoranında biabırçılıq - FOTO

24 марта 2016 14:07 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Bakının mərkəzində yerləşən "Confetti" restoranında biabırçı olay yaşanıb.

azxeber.com bildirir ki, restorana gələn müştərilərdən biri ofisiantdan telefonunun enerjisinin doldurulmasını xahiş edib. Sonda isə hesab gələrkən müştəri təəccüblənib. Belə ki, hesabda "zaryadka - 1 manat" sözü yazılıb.

Maraqlıdır ki, 90 manata yaxın hesab çıxan məkan müştəridən 1 manatı da alıb.

Həmin fotonu sosial şəbəkədə paylaşan xanım şokda olduğunu deyib və bu statusu onlarla insan paylaşıb, restoranı tənqid edib.

Onu da qeyd edək ki, hesabın türk dilində yazılması da birmənalı qarşılanmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.