Azərbaycanlı Rusiyaya 19 ton çay aparmaq istəyirmiş

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın Həştərxan vilayəti ilə Qazaxıstan sərhədində saxta sənədlərlə 19 ton çay aşkar olunub.

Day.Az-ın məlumatına görə, report xəbər verir ki, DAF markalı yük maşınının sürücüsü Azərbaycan vətəndaşı olub.

Maşın "Karauzek" sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Lazımi sənədlər yoxlanıldıqdan sonra 19 ton çay Qazaxıstan ərazisinə qaytarılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.