Kanberrada "Azərbaycan günü" - FOTOLAR

25 марта 2016 10:42 комментариев

Day.Az представляет новость на азербайджанском языке

23 mart 2016-cı il tarixində Avstraliyanın paytaxtı Kanberra şəhərində "Hellenic Club"da səfirlik tərəfindən "Azərbaycan günü" adlı Novruz bayramına həsr edilmiş tədbir keçirilib. Tədbirdə 300 nəfərdən çox qonaq iştirak etmişdir.

Azərbaycanın Avstraliyadakı Səfirliyindən Day.Az-a verilən məlumata görə, Beynəlxalq Qadınlar Klubu (Womenchr("39")s International Club) ilə əməkdaşlıq çərçivəsində səfirlik tərəfindən təşkil olunmuş tədbirə qatılan qonaqlara ölkəmizin turizm imkanlarını, tarixini özündə əks etdirən video çarxlar nümayiş etdirlikdikdən sonra səfirliyin əməkdaşları Araz Xasıyev və Ləman Xasıyeva tərəfindən Azərbaycana aid geniş təqdimat həyata keçirilib. Təqdimat zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Təqdimatdan sonra avstraliyalı rəqqasə Körsti Dunkanın ifasında bir neçə milli Azərbaycan rəqsi nümunəsi, daha sonra isə tarda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət nümunələr qonaqlara tədim edilib, Mədəniyyət və Turizm nazirliyi tərəfindən hazırlanmış iyirmidən çox müxtəlif səpkili broşür və məlumat kitabçaları, Novruz bayramı ilə əlaqədar olaraq hazırlanmış milli şirniyyat nümunələri təqdim olunub, milli geyim dəstləri, əl işi xalçalar, qədim Azərbaycan qonaq otağı, azərbaycanlı rəssamların əsərlərindən ibarət qarışıq sərgi nümayiş etdirilib.

Qonaq qismində tədbirdə diplomatik korpusun, Kanberrada fəaliyyətl göstərən qadın təşkilatlarının, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.