Bakıda qadının faciəvi ölümü

25 марта 2016 11:08 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Bakıda qadını maşın vurub.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ələt qəsəbəsi ərazisində qeydə alınıb. Beyləqan rayon sakini Hilal Muradov idarə etdiyi "Mercedes" markalı avtomobillə qəsəbə sakini, 1956-cı il təvəllüdlü Liyuza Sultanovanı vurub və avtomobili daha sonra yolun kənarında dayanmış "VAZ-21154" markalı avtomobilə çırpıb. Avtomobillərin arasında qalan L.Sultanova aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.