Bakıda 50 minlik cinayət

Day.Az представляет новость на азербайджанском языке

Bakıda yaşayış evindən oğurluq edilib.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, rayon sakini Elşad Abdullayev mənzilindən 50 min manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Mingəçevir şəhər sakini Bəxtiyar Abdullayev və Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Rzayev tutulublar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.