Ermənilərin Laçında saldığı kənddən ən son FOTOLAR

25 марта 2016 14:02 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın işğal altındakı Laçın rayonunda ermənilərin Ariavan adlandırdıqları yeni kəndin tikintisi başa çatmaq üzrədir.

Day.Az-ın məlumatına görə, modern.az saytı xəbər verir ki, Laçının müharibə zamanı dağıntılara məruz qalmış Zabux kəndinin yerində salınan yeni kənd 150 evdən ibarət olacaq. Artıq Ariavanda 50 ev istifadəyə hazır vəziyyətə gətirilib və qalan 100 evin tikintisinə hazırlıq gedir.

Ariavan kəndi Livan ermənilərinin yaratdığı "Ari" fondunun maliyyə dəstəyi ilə salınır.

Day.Az modern.az-a istinadən Laçında salınan yeni kəndin ən son fotolarını təqdim edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.