Bakıda yaşlılar və təqaüdçülər üçün pulsuz kökələr - FOTO

25 марта 2016 15:02 комментариев

Day.Az представляет новость на азербайджанском языке

İki gün əvvəl yaxınlıqdakı şirniyyat mağazasında maraqlı və məni sevindirən bir elana rast gəldim. Mağaza həftənin beş günü səhər saat 9-dan 12-dək yaşlılara və təqaüdçülərə pulsuz səhər bulkası verir.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Komitə sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, bunun üçün həmin insanlardan hər hansı sənəd tələb edilmir. Hətta mağaza həmin bulkaları satışa getməsin deyə fərqli formada bişirtdirir:

"Sualıma cavab olaraq bildirdilər ki, bu qayda şirkətin bütün mağazalarına aiddir və tək bu mağazadan gündə 20-25 nəfərə pulsuz bulka verilir. Elanı azərbaycanca da yazmağı və bulkini şənbə-bazar günü də verməyi təklif etdim. Hacı Zeynalabdin Tağıyevin ruhu Azərbaycanda yaşayırmış..."

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.