Azərbaycanlı müğənni 1400 manatlıq geyimini nümayiş etdirdi

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Sevda Yahyayeva geyimlərindən danışıb. İfaçı "Hər şey daxil" verilişində bildirib ki, geyimlərinə çox pul xərcləyir:

"Ayaqqabım bahalı olanda, ucuz bir geyimi onunla uyğunlaşdıra bilirəm. Elə olur ki, əynimə geyindiyim hər bir şey bahalı olur. Çalışıram ki, əynimə geyindiyim libas mənə yaraşsın. Onun bahalı və ya ucuz olması mənim üçün o qədər də önəmli deyil. Əsas odur ki, yaraşsın. Bakının ən öndə olan stilistləri ilə çalışmışam. Heç vaxt geyimimin qiymətini açıqlamamışam. Ən çox ayaqqabıya pul xərcləyirəm. Bu gün geyindiyim ayaqqabının 1000, yubkanın 250, koftanın 150 manat qiyməti var. Ümumiyyətlə, mən belə düşünürəm ki, xanımın əsas çantası və ayaqqabısı daha yaxşı olmalıdır. Bəzən elə olur ki, nəsə gedib alıram, amma evdə gəlib geyinəndə bəyənmirəm".

lent.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.