Bakıda hüquq məsləhətxanasında bədbəxt hadisə

Day.Az представляет новость на азербайджанском языке

----------
13:31

Daxili İşlər Nazirliyi Bakıda hüquq məsləhətxanasında baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 28-də Səbail rayonu ərazisində Bakı şəhər sakini Bəxtiyar Məmmədov işlədiyi ofisdə elektrik çaydanından cərəyan vurması nəticəsində ölüb.

Araşdırma aparılır.

-----------
10:39

Bakıda yerləşən hüquq məsləhətxanalarından birində bədbəxt hadisə baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, dünən axşam saatlarında Bayıl qəsəbəsi Neftçi Qurban küçəsi 74 ünvanında yerləşən məsləhətxanada 1962-ci il təvəllüdlü Məmmədov Bəxtiyar Heydər oğlunu elektrik cərəyanı vurub. 54 yaşlı kişi hadisə yerindəcə keçinib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.