52 uşaq övladlığa verildi

Day.Az представляет новость на азербайджанском языке

Hazırda Azərbaycanın dövlət uşaq müəssisələrində təlim-tərbiyə və təhsil alan uşaqların sayı 10105 nəfərdir.

Day.Az APA-ya istinadən bildirir ki, Təhsil Nazirliyinin de-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Uşaqların müdafiəsi, alternativ qayğı və monitorinq şöbəsinin müdiri Cəmilə Tağıyevadeyib ki, uşaqlar əsasən, 5-17 yaş arasındadır. Onun sözlərinə görə, həmin uşaqlardan 33-ü tamamilə valideyn himayəsindən məhrumdur. Hazırda 33 nəfərin övladlığa verilməsi nəzərdə tutulan uşaqlar olduğunu deyən şöbə müdiri qeyd edib ki, həmin uşaqların 17-si sağlamdır və onların yaşı 10-dan yuxarıdır: "16-nın isə sağlamlıq imkanı məhduddur. Lakin Azərbaycanda vətəndaşlar sağlam və əsasən 3-6 yaş arası uşaqları himayəyə götürmək istəyirlər. Ümumilikdə 2010-15-ci illərdə  52 uşaq övladlığa verilib". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.