Bu avtobuslarda nələri etmək olmaz?

Day.Az представляет новость на азербайджанском языке

Bakubus avtobuslarında davranış qaydalarını bildirən xüsusi lövhələr asılıb. Bu qaydaları pozanlar ya cərimə oluna, ya da avtobusdan qovula bilərlər. "Xəzər Xəbər" qaydaları pozanlara cəzaların necə tətbiq olunduğunu araşdırıb.

Day.Az xezerxeber.com-a istinadən bildirir ki,  "Bakubus" avtobuslarında səliqə-səhman və təmizlik qaydaları bu lövhələrlə sərnişinə çatdırılır.

"Bakubus" avtobuslarında 3 qadağanedici və 4 xəbərdarlıq lövhəsi qoyulub. Qadağanedici lövhələr budur ki, siqaret çəkmək olmaz, yerə zibil atmaq olmaz və yemək-içmək olmaz. Ən maraqlısi isə budur ki görəsən vətəndaşlar bu qaydalara necə riayət edir. Sürücülər bildirir ki, qadağanedici lövhələrdəki davranışlardan birini müşahidə etdikdə dərhal vəziyyətə müdaxilə edirlər...

Avtobusu zibilləyənlərə qarşı vətəndaşların münasibəti isə birmənalıdır...

Bununla yanaşı bəzi qaydaları pozanlar cərimə olunurlar. Dispetçer Təbriz Şıxəliyevin sözlərinə görə siqarət çəkməyə görə 40-50 manat cərimə tətbiq olunur və bunu nəqliyyat müfəttişləri yazır.

Digər nişanlardakı qadağalar, eləcə də tələblər qanunla hər hansısa cərimə ilə tənzimlənmir. Yəni əksər hallarda bu təlimatlar tövsiyyə xarakteri daşıyır və sərnişinlərin rahatlığı üçündür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.