Dayanacaqlar keçidlərdən niyə uzaq düşüb?

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtın bəzi yollarında avtobus dayanacağı ilə piyada keçidləri arasında bir neçə yüz metr məsafə var. Yəni, dayancaqda düşən sərnişin piyada keçidindən istifadə etmək üçün uzun məsafə qət etməli olur. Ya da piyadalar keçiddən yox yoldan keçməli olurlar ki, buda onların həyatı üçün təhlükə yaradır.

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, avtobus dayanacağı ilə yer altı piyada keçidi arasında bir neçə yüz metr məsafə var. Belə vəziyyətdə dayancaqda avtobsudan düşən sərnişin məcbur olub keçiddən yox yoldan istifadə edir.

Görüntülər Paytaxtın Xətai rayonu Nobel prospekti və Yusif Səfərov küçəsindəndir. Bu yollarda avtobus dayanacağı ilə piyada keçidləri arasında xeyli məsafə var. yolunu uzatmaq istəməyn sərnişinlər elə dayancağdan yolu kerçməyə üstünlük verirlər. bu isə onların həyatı üçün təhlükə törədir.

Eyni vəziyyət Nobel prospektində də yaşanır. Burada da yerüstü piyada keçidindən bir neçə yüz metr aralıda dayancaq qoyulub.

Məsələ ilə bağlı əlaqədar qurumların mövqeyini də öyrənərkən məlum odu ki, problemin kökündə dayanacaq və keçidlərin ayrı ayrı qurumlar tər4əfində qoyulması və onların kordinasiyasız işləməsi durur. Azəravtoyol açıq səhmdar cəmiyyətindən "Xəzərə Xəbər"ə bildirildi ki, Piyada keçidləri tikilərkən keçidin təhsil, səhiyyə müəssisələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı ərazilərdə olması nəzərə alınır. Dayancaqların quraşdırılması isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyətindən isə mövqeyini öyrənmək mümkün olmadı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.