Dollar krediti olanların diqqətinə!

Day.Az представляет новость на азербайджанском языке

Dollar kreditləri ilə bağlı yeni təkliflər hazırlanır. Əgər təkliflər qəbul olunsa bəzi insanlar kreditlərini əvvəlki məzənnə ilə qaytara biləcəklər.

Dollar kreditləri ilə bağlı problemlər həll oluna bilər. Bu istiqamətdə millət vəkilləri vətəndaşların xeyrinə yeni təkliflər hazırlayır. Millət vəkili Əli Məsimli deyir ki, belə kreditlərin qaytarılması ilə bağlı bütün yükü vətəndaşın üzərinə atmaq olmaz. Məsələnin həlli üçün sadəcə vətəndaş deyil, Mərkəzi bank, dövlət və kommersiya bankları birgə məsuliyyət daşımalıdır.

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, 1000 dollara qədər kredit götürmüş şəxs vəfat edibsə, borcun silinməsi də təkliflər arasındadır. 5000 dollaradək kreditlər üçün də ayrı təklif hazırlanır. Bu kreditlərin hazırkı məzənnə ilə deyil, devalivasiyadan əvvəlki məzənnə ilə ödənilməsi müzakirə olunur.

5000 dollardan yuxarı kreditlər üçün isə orta məzənnənin müəyyən edilməsi təklif olunur. Qəbul olunsa, 5000 dollardan çox kreditlər təqribən 1 manat 20 - 25 qəpiklik məzənnə ilə qaytara biləcəklər.

Millət vəkili hesab edir ki, təkliflər qəbul olunsa problem sadəcə bir obyektin və ya qurumun üstünə düşməz və çətinlik aradan qalxar. Təkliflər yaxın vaxtlarda aidiyyatı qurumlara təqdim olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.