Tərtərdə ermənilərin ziyan vurduğu evlər təmir edilir

Day.Az представляет новость на азербайджанском языке

"Ötən gecə atışma olmayıb. Hazırda Tərtərdə sakitlikdir və vətəndaşlar gündəlik təsərrüfat işləri ilə məşğul olurlar".

Day.Az bildirir ki, bu barədə azvision.az-a Tərtərin icra başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı qeyd edib ki, erməni təxribatı nəticəsində tamamilə dağılan və zərər dəyən evlərlə bağlı məlumatlar hazırlanıb Dövlət Komissiyasına təqdim edilir. 

M.Məmmədovun sözlərinə görə, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən ziyan dəyən evlər təmir edilir.

"Aprel ayının 2-dən 5-dək olan müddətdə ziyan çəkən evlərin bərpası yekunlaşmaq üzrədir. Tamamilə dağılan evlərlə bağlı əlavə sərəncam gözlənilir". 

İcra başçısı, həmçinin vurğulayıb ki, sıradan çıxan işıq və qaz xətləri tam bərpa olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.