Ermənilərin cəhdi alınmadı - "Onlardan çoxunu hara istəsəniz, pulla gətirmək olar"

Day.Az представляет новость на азербайджанском языке

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi Azərbaycanın xarici siyasətinin və dünyadakı güclənən mövqeyinin bir ifadəsidir. Bu Foruma dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli qonaqlar gəldi və sonda Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşdı.

Bunu Milli.Az-a təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov bildirib.

Politoloqun sözlərinə görə, bu tədbir Azərbaycana çox şey verdi: "Bu Forum müzakirələr üçün qlobal bir platformadır. Azərbaycan bu platformada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları bütün dünyanın diqqətinə çatdırdı. İkincisi, forum vasitəsilə yeni iqtisadi, humanitar və s. sahələrdəki layihələrdə iştirakını davam etdirəcəyini nümayiş etdirdi. Üçüncüsü, tədbirə yüzlərlə qonaq gəlmişdi. Onların Azərbaycan həqiqətləri ilə yaxından tanış olması, sözsüz ki, Azərbaycanın imicinin daha da yüksəlməsinə xidmət edəcək".

Ekspert qeyd edib ki, burada xüsusi bir məqam var. Bu da BMT-nin Baş katibi ilə bağlıdır: "Bilirsiz ki, BMT-nin Baş katibi Pan Gi Mun öncədən foruma gələcəyini bildirmişdi. O, təkcə Azərbaycana gəlməsin deyə, Gürcüstana və Ermənistana da səfər edəcəkdi. Lakin ermənilər Azərbaycanda forum keçirildiyini görüb, onlar da paralel olaraq qondarma "erməni soyqırımı" ilə bağlı yalançı bir forum təşkil etməyə başladılar. Onlar istəyirdilər ki, Pan Gi Mun da orada iştirak etsin və bununla da desinlər ki, guya soyrıqım məsələsi BMT tərəfindən də tanınır. BMT-nin Baş katibinin Bakıya gəlməməsinin səbəbi də böyük ehtimalla bununla bağlı idi. O, çox gözəl anladı ki, əgər İrəvana getsə, ondan siyasi oyunda istifadə edəcəklər. Ona görə də BMT-nin balanslaşdırılmış mövqeyini qorumaq prinsipindən çıxış edərək məcburən, ümumiyyətlə, regiona səfərindən imtina etdi. Lakin o, Bakı Forumu ilə bağlı elektron qaydada müraciət etdi. Onun çıxışı hamıya nümayiş etdirildi. O, forumla bağlı, eləcə də Azərbaycana olan istək və arzularını çatdırdı".

E.Ələsgərov Bakı və İrəvandakı forumların bir-birindən nə ilə fərqləndiyini də açıqlayıb: "Ermənilərin "soyqırım" forumu 3 gün fərqlə Bakıda Qlobal Forumla təxminən eyni vaxtda keçirildi.

Baxın, İrəvanda məğlub olmuş, sönük Serj Sarqsyanın sağında şansonye Şarl Aznavur, solunda aktyor Corc Kluni oturub. Bilirsiz ki, aktyorların bəziləri pula düşkün olurlar. Onlardan çoxunu hansı tədbirə istəsəniz, pulla gətirmək olar. Amma sonda çox sönük bir "başsağlığı" tədbiri keçdi. Əsl forum isə Bakıda baş tutdu. Yəni aprel ayında Cənubi Qafqazda iki cərəyan üz-üzə gəldi. Bir tərəfdə ermənilərin "soyqırım" ağlaşması, kin və nifrət aşılayan, insanları müharibəyə sürükləyən, millətlər və dinlər arasında qarşıdurma yaradan bir tədbir və erməni ideologiyası, digər tərəfdə isə dünyaya açıq, Azərbaycanın tolerant ideologiyasının aşılandığı, dinlərarası barışıq, sülh, millətlər arasında dostluq çağırışlarının səsləndiyi və nikbin gəcələyi olan Qlobal Forum. Əlbəttə ki, bu tədbirlər, ümumiyyətlə, müqayisəolunmazdır. Lakin biz bunları da mütləq qeyd etməliyik".

http://bakunetwork.com

Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan izləyin

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.