Məleykə Abbaszadədən

Day.Az представляет новость на азербайджанском языке

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə magistratura imtahanlarından sonra sual kitabçasının verilməməsi məsələsinə münasibət bildirib.

Day.Az report-a istinadən bildirir ki, Məleykə Abbaszadə "ASAN radio"nun "Qəbuldasan" verilişində bildirib ki, imtahanlardan sonra sualları sosial şəbəkələrdə yayanlar qanunu pozurlar: "Biz bu yaxınlarda bununla bağlı müəyən sənədlər hazırlamışıq və mən həmin sənədləri imzalamışam. Biz hansı saytdan bu məlumatların yayıldığını müəyyənləşdirmişik və onları məhkəməyə verəcəyik".
Sədr qeyd edib ki, hər bir fəndən olan sualları hazırlamaq üçün kifayət qədər maliyyə vəsaiti sərf olunur: "Eyni səviyyədə olan sualları hər il hazırlamaq çox çətindir. Bu səbəbdən də suallar bir neçə il sonra təkrar oluna bilər. Bütün bu səbəblərdən imtahanlardan sonra sualların verilməsi doğru deyil".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.