Ermənistandan daha bir

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan hüquq-mühafizə orqanları Dağlıq Qarabağa göndərilən yardımların satılmasına dair yayılan xəbərlərlə bağlı araşdırma aparır. 

Day.Az APA-ya istinadən bildirir ki, Ermənistan Prokurorluğu "Orinats Yerkir" Partiyasının deputatı Levon Doxolyanın məlumatı əsasında Ermənistan Polisinə (Daxili İşlər Nazirliyi) sorğu göndərib.
 
L.Doxolyan özünün "Facebook" səhifəsində yazıb ki, Dağlıq Qarabağ üçün nəzərdə tutulan yardımlar Ermənistanda və Dağlıq Qarabağın özündə satılır. Ermənistan Polisinin ictimaiyyətlə əlaqələr və mətbuat şöbəsindən bildiriblər ki, L. Doxolyanın qeyd etdiyi məsələ ilə bağlı araşdırmalara başlanılıb. İstintaq aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.