Ərdoğanın baş müşaviri: Dağlıq Qarabağ bütün Türk və İslam dünyasının problemidir

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu Dağlıq Qarabağın təkcə Azərbaycanın deyil bütün Türk və İslam dünyasının problemi olduğunu bildirib.   

Day.Az teleqraf.com-a istinadən bildirir ki,Türk Dünyasının Mədəniyyət Paytaxtı törənlərinə iştirak etmək üçün Azərbaycana səfər edən Yalçın Topçu cəbhə xəttinə baş çəkib.    Ağcabədidə yaşayan məcburi köçkünlərlə görüşən Topçu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, Qarabağ məsələsində sonuna qədər dəstək verəcəyini bildirib.    Topçu qeyd edib ki, Ermənistan beynəlxalq hüququn tələblərini pozaraq işğalı davam etdirir, BMT-in qərarlarını qulaqardına vurur, beynəlxalq güclər isə bu ölkəyə təzyiq göstərmir: "Ermənistan işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çəkilməlidir. Qarabağ məsələsi təkcə Bakının deyil, Ankaranın, Qahirənin, Məkkənin, Bağdadın, Aşqabatın bütün Türk və İslam dünyasının problemidir. Ermənilərin atdığı bombalar svil insanların həyatına son qoyur, BMT isə buna göz yumur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.