Bursada kamikadze özünü belə partlatdı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Bursa şəhərindəki "Ulu Cami" məscidinin qarşısında baş vermiş partlayışın yeni görüntüləri yayılıb.

Day.Az publika.az -a istinadən bildirir ki, görüntülər aprelin 27-də törədilən partlayışın miqyasını açıq şəkildə göstərir.
 
Qadın kamikadze tərəfindən törədilən partlayış məscidin yaxınlığında olan bir ədviyyatçı mağazasının təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
 
Qeyd edək ki, Suriyadan Şanlıurfaya, buradan da avtobusla Bursaya gələn 25 yaşındakı qadın kamikadzenin törətdiyi terror aktı nəticəsində özü ölüb, 20-dən çox insan yaralanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Bursada kamikadze özünü belə partlatdı