"Eurovision"da Azərbaycanın qələbə şansı necə qiymətləndirilir?

Day.Az представляет новость на азербайджанском языке

Bukmekerlər artıq bir neçə müddətdir ki, may ayında İsveçin paytaxtı Stokholmda keçiriləcək "Eurovision-2016" yarışmasının yekunlarına pul qoyuluşları qəbul edirlər.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, bütün dünyada məşhur olan belə kontorlardan birinin qəbul etdiyi qoyuluşların əmsallarına görə, Azərbaycan təmsilçisinin yer aldığı ilk yarımfinaldan finala çıxmaq üçün ən yaxşı şans Rusiya təmsilçisindədir. Azərbaycanın da şansları bu baxımdan yaxşı qiymətləndirilir.

Bu cədvəli diqqətinizə çatdırırıq:

Yarışmanın finalında kimin qalib gəlməsi məsələsində isə Azərbaycanın şansları elə də yüksək hesab edilmir. 1:101 əmsalını az qala ümudsiz də adlandırmaq olar. Qələbəyə ən real namizəd isə yenə də Rusiya təmsilçisidir. Fransa liderdən azca geri qalır.

Bukmekerlərin bu əmsalları uzun illərin təcrübəsindən istifadə etməklə hazırlansa belə, hər şeyin final axşamı Stokholmda həll olunacağı şübhəsizdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.