Nurgül Yeşilçay barədə cinayət işi açıldı

Day.Az представляет новость на азербайджанском языке

Aktyor Erkan Petekkaya "Paramparça" serialında tərəf müqabili olmuş aktrisa Nurgül Yeşilçayı məhkəməyə verib. 

Day.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun vəkili Çağdaş Çelik şikayət ərizəsini artıq məhkəməyə təqdim edib. Ərizədə Erkanın Nurgül tərəfindən təhqir olunduğu və şantaja məruz qaldığı yazılıb:
 
"Müvəkkilimin kişiliyinin onun tərəfindən qürurlandırıldığını söyləyən aktrisa ağır ittihamlar irəli sürüb. Müvəkkilim əxlaq çərçivələrini aşan bu sözlər üzündən həyat yoldaşı və fanatları qarşısında alçaldılmış, bir qadın vasitəsilə piar aparmaq istəyən biri obrazı yaradılmışdır. Qarşı tərəf ona iftira atılaraq təhqir olunduğunu iddia etsə də, E.Petekkayanın belə bir açıqlamasının olmadığı üzə çıxmışdır". 

Qeyd edək ki, Nurgül Yeşilçay haqqında "təhqir" və "təhdid" maddələri üzrə cinayət işi açılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.