Ermənistan Müdafiə Nazirliyi əhalidən yardım istəyir

Day.Az представляет новость на азербайджанском языке.

Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan əhaliyə hərbi qulluqçulara və ailələrinə yardım etmək üçün müraciət edib. 

Milli.Az interaz-a istinadən bildirir ki, Feysbuk səhifəsində əhaliyə müraciət edən Ovannisyan bununla bağlı komissiya da yaradıldığını deyir. 

"Əziz həmvətənlər, müdafiə departamentinin əmək və sosial təhlükəsizlik və müdafiə şöbəsinin xidmətçiləri vasitəsi ilə hərbi heyət və onların ailəsinə bütün növ yardımlar üçün xahiş edirik. Komissiya da yaradılıb. Yardımların bərabər paylanması ilə bağlı problemlər var, şəxsən yardımda iştirak edin və hər kəsə yardım çatdıra bilmək üçün komissiya ilə əməkdaşlıq edin", - Ovannisyan yazıb. 

Şərhlərdə isə vətəndaşlar edilən yardımlara inanmadıqlarını və göndərilən vəsaitin ailələrə çatmadığını bildirib. Ovannisyan isə bütün iradları cavablandıraraq əhalini yardım etməyə çağırır, hətta hərbçilərin ünvanlarını da verir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.