Bakıda marşrutların yolu dəyişdi - SİYAHI

Day.Az представляет новость на азербайджанском языке.

136, 160, 171, 172 və 189 nömrəli marşrutların son dayanacaqları dəyişdirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb.

Qara Qarayev prospekti istiqamətində yaranan sıxlığı arada qaldırmaq məqsədilə 30 aprel tarixindən etibarən sözügedən marşrut xətlərinin son dayanacağı "Qara Qarayev" metro stansiyasının önü deyil, məhz "Koroğlu" metro stansiyası ətrafında yeni yaradılan Nəqliyyatın Mübadilə Mərkəzi müəyyən edilib.