Bakıda bəzi küçə və prospektlər bağlanıb

Day.Az представляет новость на азербайджанском языке.

"Bakı Marafonu-2016"nın keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

"Bakı Marafonu-2016"nın iştirakçılarının yürüş boyu təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilə avtomobillərin hərəkətinin tənzimlənməsi nəzərdə tutulub. Sabah səhər saatlarından paytaxtda "Bakı Marafonu-2016"nın keçirilməsi ilə əlaqədar marafonun keçəcəyi bütün küçə və prospektlər üzrə kəsişən yollardan avtomobillərin hərəkət istiqaməti qısa müddətdə dəyişdiriləcək. Marafon iştirakçılarından sonuncusu həmin ərazini keçdikdən sonra hərəkət tənzimlənəcək.  

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə mayın 1-də "Bakı Marafonu-2016" keçiriləcək. Xeyriyyə məqsədilə təşkil edilən Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək. Dövlət Bayrağı Meydanından start götürəcək marafon 21 kilometr məsafə qət edilməklə Bakı Olimpiya Stadionunda başa çatacaq.