Bakı daha bir tıxacdan qurtulur

Day.Az представляет новость на азербайджанском языке.

Uzun müddət metronun "Koroğlu" stansiyasının yaxınlığında görməyə alışdığımız xaotik vəziyyətə son qoyulur. Heydər Əliyev prospektinin qurtaracağında marşrut avtobuslarının səbəb olduğu tıxaca əlac tapılıb.

Bütün bunlar yeni təsis olunan Nəqliyyatın Mübadilə Mərkəzinin işə düşməsi sayəsində mümkün olub.

Bundan başqa, 160, 171, 172 və 189 saylı marşrut avtobuslarının son dayanacağı da "Qara Qarayev" metrostansiyasının yaxınlığı deyil, məhz nəqliyyatın mübadilə mərkəzi olacaq. Yəni Heydər Əliyev prospekti ilə Qara Qarayev istiqamətində işləyən avtobuslar sərnişinlərini həmin metronun yaxınlığında düşürdükdən sonra gözləmədən nəqliyyatın mübadilə mərkəzinə qayıdacaq.

Həmçinin Mərkəzdə taksilərin xidmət göstərməsi üçün də yerlər ayrılıb.

"BakuBus"un 1 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusları da bu dayanacaqdan istifadə edəcək. Burada bu avtobuslar üçün xüsusi yer ayrılıb və turniketlər quraşdırılıb.