Qurban Qurbanov: "Növbəti marafonlara tam hazırlaşıb qalib olmağa çalışacağam"

Day.Az представляет новость на азербайджанском языке.

"Marafon təkcə idman rəqabəti deyil. Bu, Azərbaycan xalqının birliyini, gücünü nümayiş etdirir".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
"Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu 2016"ya qatılan təcrübəli mütəxəssis, belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal sayır:
"Ümumiyyətlə, son vaxtlar belə tədbirlərin keçirilməsi insanlarda, cəmiyyətdə birliyi artırır, böyük inam yaradır. Ona görə bu cür tədbirləri dəstəkləyirəm. Sağlamlıq, birlik, güc - bunların hamısı hər bir xalq üçün çox lazımdır. Düşünürəm ki, Azərbaycan xalqının ildən-ilə daha da bir, güclü olmağı bacardığı hiss olunur. Açığı, bugünkü marafona yalnız iştirak üçün gəlmişəm. İnşallah, növbəti yarışlara tam hazırlaşıb qaliblərdən biri olmağa çalışacağam".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.