Xalq artisti: "Ona görə çox darıxıram"

Day.Az представляет новость на азербайджанском языке.

Xalq artisti, sevilən aktyor Tariyel Qasımov 77 yaşına rəğmən gənc görünməsinin səbəblərini açıqlayıb.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən aktyor buna görə ilk növbədə genetikasına borclu olduğunu deyib: "Genetikanın da rolu böyükdür. Bəlkə də buna görə gənc görünürəm. Amma aktyor hər zaman tamaşaçısının gözünü oxşamalı və formada qalmalıdır. Elə olan halda yaş əhəmiyyətli rol oynamır. Mən demək olar ki, hər gün piyada gəzintilər edirəm. Həm sağlamlıqdır, həm də insanı formada saxlayır. Yeməyimə də diqqət edirəm".
 
Elə buna görə də xalq artisti hər zaman yaşından kiçik rollara çəkildiyini bildirib: "Görüntüm imkan verdiyi üçün istənilən rola çəkilirəm. Heyf ki, son vaxtlar filmlər az çəkilir. Buna görə də çəkiliş meydançasından kənarda qalmaq biz aktyorları darıxdırır. Mən də kinoya görə çox darıxıram və xəbər gözləyirəm. Bunu çox istəyirəm ki, flmlər çəkilsin və biz də orada rol alaq. Səhnədən, kinodan ayrı qalan aktyor sudan çıxarılan balıq kimidir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.