Canlı yayımda milyarderin cibindən pullarını çıxartdılar

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyəli iş adamı Ali Ağaoğlu canlı yayımda kredit kartının limitini açıqlayıb.

Axşam.az-ın "Hüriyyət"ə istinadən xəbərinə görə, biznesmen kredit kartının limitinin 50 min lirə (26 min manat) olduğunu deyib. 

Daha sonra isə Ağaoğlu aparıcının istəyi ilə cibindəki pulları çıxarıb. Onun cibində 8 min 400 lirə (4500 manat) olub.

İş adamı daha sonra: "Alış-veriş zamanı heç vaxt məbləği hissələrə böldürmədim. Cəmi bir ədəd kredit kartım var. Bu da mənə bəs edir", - deyə bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.