Rusiyada məscid partladıldı

Day.Az представляет новость на азербайджанском языке.

Rusiyanın Samara şəhərində yerləşən məscid qeyri-qanuni olması səbəbindən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən partladılıb.

Axar.az xəbər verir ki, FTX əməkdaşları əvvəlcə oraya basqın ediblər.

Məlumata görə, məsciddə ibadət edən 53 nəfər saxlanılıb.

Aparılan axtarışlardan sonra məsciddə bomba olması ehtimal edilərək, dinamit vasitəsilə partladılıb.

Qeyd edək ki, FTX məsciddə ibadət edən şəxslərdən bəzilərinin Suriyada döyüşdüyünü iddia edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.