Sarkisyanın arvadının adamı: "Ağdam bizim torpaq deyil"

Day.Az представляет новость на азербайджанском языке.

Ermənistan Milli Məclisinin vitse-spikeri Ermine Naqdalyanın "Beynəlxalq hüquq bizə Dağlıq Qarabağı nəzarətdə saxlamağa icazə vermir" açıqlamasından sonra ermənilər arasında ciddi qarşıdurma yaranıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, "armenianreport" saytı Naqdalyanın Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbəri olduğuna diqqət çəkib: "Biz AŞPA-da da Azərbaycanın bizi məğlub etdiyini açıq şəkildə görürük. Sadəcə, etiraf edə bilmirik. Reallıq budur ki, Azərbaycan diplomatiyasına ciddi əsas verən Naqdalyan AŞPA-da da heç bir iş görə bilmir".

Sayt yazır ki, bütün uğursuzluğa baxmayaraq, Naqdalyan nümayəndə heyətinin rəhbəri vəzifəsindən çıxarılmır.
 
"Çünki hər kəs bilir ki, o, birinci xanım Rita Sarkisyanın adamıdır. Kim Naqdalyana söz deyə bilər? Rita Sarkisyanın qanadı altında olandan sonra hər şey demək mümkündür", - deyə məqalədə bildirilir.
 
Sayt Naqdalyanın qeyri-rəsmi məclislərdə səsləndirdiyi bir fikrə də diqqət çəkib: "Siyasi dairələrə yaxın şəxslər bildirirlər ki, Naqdalyan qeyri-rəsmi məclislərdə israrla Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını tələb edib və bildirib ki, Ermənistan Putinlə münasibətləri pisləşdirməmək üçün bunu etməlidir. Digər bir məclisdə isə o, Sarkisyanın məğlubiyyətini müdafiə etmək məqsədilə "Ağdam bizim torpağımız deyil" deyə bildirib".
 
"Armenianreport" Sarkisyanın partiyasından olan digər bir deputatın vaxtilə söylədiyi fikirləri də gündəmə gətirib.
 
"Naqdalyanın sözləri fonunda digər respublikaçı deputat Mqer Sedrakyanın Rusiya zülmü altında qalmağın yaxşı olduğuna dair fikirlərini xatırlamamaq olmur. "Rus xalqı olmadan biz sağ qala bilmərik. Axı biz necə yaşaya bilərik? Biz kiminsə bizə ağalıq etməyinə öyrəşmişik. Farslar, türklər, ruslar... Niyə indi rusların hakimiyyəti altında olmamalıyıq? Əgər ruslar olmasaydılar, biz Qarabağı necə tutardıq? Bizim əsgərlərimiz rusların köməyi ilə o əraziləri tuta bildilər". Biz respublikaçı deputatların belə nitqlərini xatırlayırıq. Yəni, məsələ Naqdalyanın bəyanatında deyil. Ümumiyyətlə, Sarkisyan hakimiyyəti belə düşünür", - deyə sayt yazır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.