Bunun adı möcüzə: parçalanmış maşınlardan sağ çıxdılar

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin lent.az-a verdiyi məlumata görə, "VAZ 2121" (Niva) markalı minik avtomobili "VAZ 21012" markalı digər minik maşınına çırpılıb. Nəticədə sürətlə hərəkətdə olan minik avtomobili bir neçə hissəyə bölünüb və yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən, avtomobilin sürücüsü qəzadan sağ çıxıb. 

Hadisə nəticəsində 1 nəfər yaralanıb ki, onun da xəsarəti yüngül olduğundan ambulator müalicəyə yazılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.