Gəncə idmanına ağır itki üz verib - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Kəpəz TV (Region TV) xəbər verir ki, sambo və cüdo idman növləri üzrə tanınmış mütəxəssis, əməkdar məşqçi Qaya Xəlilov vəfat edib. Təcrübəli məşqçi ömrünün 46-cı baharında ürək çatışmazılığından dünyasını dəyişib. Nizami yurdunda sambo və cüdonun inkişafında əvəzsiz xidmətləri olan Qaya Xəlilovun məşq bölməsində 100-lərlə idmançı yetişib. Onun yetirmələri dünya və Avropa çempionatlarında, eləcə də müxtəlif səviyyəli beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edərək mükafatçı olub. Xəlilovun vaxtsız vəfatı idmansevərləri sarsıdıb, mərhumun yas mərasiminə Gəncənin idman ictimaiyyətinin üzvləri toplaşıb. Əməkdar məşqçi 2-ci Fəxri xiyabanda dəfn olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.