Qadağan edilmiş dərmanlar satan aptek aşkarlandı

Day.Az представляет новость на азербайджанском языке.       

Gəncədə qadağan edilmiş psixotrop dərmanlar satan aptek aşkarlanıb. 580 ədəd dərman maddi sübut kimi götürülüb və aptəkdə əczaçı işləyən 2 nəfər saxlanılıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional şöbəsi həyata keçirib. Əməliyyat tədbirləri nəticəsində Gəncədə satışı qadağan edilən və güclü təsiredici gücə malik psixotrop dərman preparatları satılan aptek aşkarlanıb.

Aptekdə əczaçı işləyən Gəncə sakinləri-Aqil Kazımov və Nazilə Cəfərova da saxlanılıb.Araşdırma zamanı aptekin qeyri-qanuni fəaliyyət göstərdiyi və heç bir sənədinin olmadığı müəyyən edilib.Qadağan edilən preparatların bir qisminin qonşu ölkələrdən gətirildiyi məlum olub.Faktla bağlı cinayət işi başlanıb,istintaq aparılır.