"Eurovision 2016" təmsilçimiz ermənini geridə qoydu

Day.Az представляет новость на азербайджанском языке

"Eurovision 2016" təmsilçimiz Səmra Rəhimlinin "Miracle" mahnısının "Youtube" kanalında izlənmə sayı 3 milyonu keçib. 

Day.Az axşam.az-a istinadən bildirir ki, sevincini sosial şəbəkədəki izləyiciləri ilə bölüşən müğənni "Böyük xəbər! Mahnımız 3 milyon oldu. İnanmağı dayandırma. Bizim növbəti dayanacağımız 5 milyondur" deyə, bildirib.

Qeyd edək ki, Azərbaycan bununla erməni təmsilçisini də geridə qoyub. Belə ki, "Eurovision"ın rəsmi "Youtube" kanalında Səmra Rəhimlinin mahnısı beşinci, İveta Mukuçyan isə altıncı yerdədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.