Ermənilərin Tehranda aksiya keçirib?

Day.Az представляет новость на азербайджанском языке

Tehranda qondarma "erməni soyqırımı"nın 101-ci ildönümü ilə bağlı aksiyanın keçirilməsi xəbəri təkzib olunub.

Day.Az azvision.az-a istinadən bildirir ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat şöbəsinin müdiri Məhəmmədrza Nəcəfi Tehranda ermənilərin aksiya keçirmələri və Azərbaycan Respublikası əleyhinə şüarlar səsləndirmələri barədə bəzi KİV tərəfindən yayılan xəbərlərin əsassız olduğunu deyib.

"Bəzi KİV tərəfindən dövriyyəyə buraxılan bu kimi xəbərlər günü-gündən artan Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır", - deyə səfirlik rəsmisi bildirib. 

Nəcəfi mediaya müraciət edərək onları dəqiq xəbərlər yaymağa və İran-Azərbaycan münasibətlərinin inkişafında müsbət rol oynamağa çağırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.