Sumqayıtda köşkə basqın

Day.Az представляет новость на азербайджанском языке

Sumqayıt şəhərində şəhər sakini Nəsib Məliklinin işlədiyi "Azərmətbuatyayım" ASC-yə məxsus köşkə gəlmiş naməlum şəxs onu bıçaqla hədələyib kassadan 850 manat pul aparıb.

Day.Az report-a istinadən bildirir ki, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.
Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi, əvvəllər məhkum olunmuşAriz Əliyev tutulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.