Suriyadan Türkiyə ərazisinə raket zərbələri endirilib

Day.Az представляет новость на азербайджанском языке

Bu gün yerli vaxtla saat 19:10-da Türkiyənin Kilis şəhəri Suriya ərazisindən yenidən raket atəşinə tutulub.

APA-nın "Milliyet"-ə istinadən verdiyi məlumata görə, iki mərmi Kilis şəhərinin mərkəzinə düşüb.
 
Hadisə yerinə polis, xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.
 
Qeyd edək ki, yanvarın 18-dən etibarən raket zərbələri nəticəsində Kilis şəhərində 19 nəfər ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.