Lavrov və Kerri yenidən Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Day.Az представляет новость на азербайджанском языке

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.

"Telefon danışığı zamanı tərəflər Suriyada atəşkəs rejiminə əməl edilməsi ilə bağlı fikir mübadiləsi aparılıblar", məlumatda deyilir.
 
ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri həmçinin Ukrayna və Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.