Tarkanın toyunda nə geyinəcəyi bəlli oldu

Day.Az представляет новость на азербайджанском языке

Xəbər verdiyimiz kimi, dünyaca məhşur pop ulduz Tarkan aprelin 29-da Pınar Dilək adlı xanımla nikah masasına oturub. Sənətçinin Tarabyadakı lüks villasında baş tutan mərasimdə cütlüyün ailə üzvləri və yaxınları iştirak edib. 

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sadə bir mərasimlə evlənən cütlüyün toy mərasimi yaxın günlərdə keçiriləcək. Artıq toyla bağlı bəzi təfərrüatlar məlum olub.

Tikdiyi kişi kostyumlarına görə məşhur olan Levon Kondorciyan sosial şəbəkə hesablarından birində Tarkanın toyuna ağ kostyum geyinəcəyini bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.