"WhatsApp" 3 günlük bağlandı

Day.Az представляет новость на азербайджанском языке

Ötən il Braziliya hökuməti ilə problemlər yaşayan ani mesajlaşma sistemi olan "WhatsApp"da yenidən çətinlik yaranıb.

Day.Az anspress-ə istinadən bildirir ki, mart ayının 1-də "Facebook"un Latın Amerika bölməsinin rəhbəri Argentine Dieqo Dzodan sosial şəbəkəyə aid olan mesajlaşma xidməti "WhatsApp" istifadəçilərinin məlumatlarını polislə paylaşmaq istəmədiyi üçün tutulmuşdu. 

Dzodan mütəşəkkil cinayətkar dəstə və narkotik qaçaqmalçılığı ilə bağlı aparılan araşdırmaya kömək etməməkdə, verilən qərara riayət etməməkdə  ittiham edilmişdi. Lakin o bir gün sonra azad edilmişdi. 

Bu hadisələrlə bağlı olaraq ölkənin şimal-şərqindəki Sergipe vilayətindən olan Marsel Maia Montalvao adlı hakim mesajlaşma sisteminin bu səhərdən etibarən bütün ölkə ərazisində 72 saat müddətinə yasaqlanması barədə qərar qəbul edib. 

Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "Whatsapp", demək olar ki, artıq ən çox istifadə olunan ünsiyyət vasitələrindəndir. Bu sistem həyatımızın ayrılmaz hissəsinə çevrilib desək, yanılmarıq. Bu sistem Facebook tərəfindən satın alındıqdan sonra bir çox yeniliklər edilib, fəaliyyəti daha da genişlənib. 

Bu mesajlaşma sisteminin Braziliyada qarşılaşdığı ilk hadisə deyil. Ötən ilin dekabrında da "Whatsapp" Braziliyada 48 saat müddətinə qadağan edilib. Mesajlaşma sisteminin Braziliya kimi böyük ölkədə qapadılmasına səbəb isə onun əməkdaşlıq təklifini rədd etməsi olub. San-Paulu şəhər məhkəməsi aparılan irimiqyaslı araşdırma çərçivəsində əməkdaşlıq etmək tələbini irəli sürüb. Lakin ona "yox" cavabı verilib.

İki gün sonra bu gün istifadəsinə icazə verilən "Whatsapp" əsl şokla üzləşib. Belə ki, şirkət rəsmiləri 48 saat ərzində yüz minlərlə istifadəçisini itirib. 

"WhatsApp" smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Messenceri yaratmış şirkətin 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. Şirkətin mərkəzi ofisi Santa-Klara Kaliforniya ştatında yerləşir.

Bir neçə il öncə bu sistem "Facebook" tərəfindən satın alınıb. Məhz bundan sonra sistemdə bir çox yeniliklər edilib, hazırda istifadəçi sayı milyonlarladır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.