"Həmsədrlər tezliklə ortaq təkliflə çıxış etməyi planlaşdırırlar"

Day.Az представляет новость на азербайджанском языке

"Amerika dövlət katibiylə Rusiya xarici işlər naziri arasında son 10 gündə aparılan 3 telefon danışığının üçündə də Dağlıq Qarabağ məsələsinin qaldırılması ondan xəbər veriri ki, həmsədrlər tezliklə ortaq təkliflə çıxış etməyi planlaşdırırlar".

Day.Az azvision.az-a istinadən bildirir ki, bu fikir siyasi şərhçi, milət vəkili Sahib Alıyevə məxsusdur. Onun sözlərinə görə, hazırda bəzi dəqiqləşdirmələr gedir: 
- Ermənistan rəhbərləri arasında özünün daha yüksək inttellekti və hiyləgərliyilə seçilən Levon Ter-Petrosyanın Dağlıq Qarabağa səfəri də onu göstərir ki, bu təcrübəli erməni siyasətçi də hansısa dəyişikliklərin gözlənildiyinin fərqindədir. Və o, Xankəndiyə təkcə Serjik minnətçi düşdüyü üçün getməyib, həm də öz oyununu oynayır. Levon Ter-Petrosyanın Xankəndiyə gəlməsi əslində Serj Sərkisyanın onun Dağlıq Qarabağ probleminin həlli haqda dediklərinə gəlməsinin göstəricisdir. Və hazırda hakimiyyətdə kimin təmsil edilməsindən asılı olmayaraq, Ermənistanda dönəm Levon Ter-Petrosyan dönəmidir, yəni forpost güzəştə hamilədir..."

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.