Ermənistanda kimlərin övladları əsgərliyə getmir?

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanda varlıların övladlarının cəbhə xəttində hərbi xidmət keçməməsi ilə bağlı ciddi narazılıqlar yaşanır.

Day.Az publika.az-a istinadən bildirir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bununla bağlı sualları cavablandırarkən özünü gülünc vəziyyətində qoyub.
 
O bildirib ki, ali məktəblərdə təhsil alanlar, magistratura və aspirantura oxuyanlar əsasən orta təbəqə və ən yüksək səviyyəli insanların övladlarıdır: "Ona görə də onlar adətən əsgərliyə getmirlər".
 
Artıq Ermənistan parlamentində varlıların da övladlarının hərbi xidmətə getməsini təmin edəcək qanun layihəsi müzakirə olunur.
 
Deputat Azad Arşakyan isə varlıların övladlarının hərbi xidmətə getməsinə qarşı çıxıb və məsələyə maraqlı reaksiya verib.
 
"Bizə oliqarxaların övladları lazım deyil. Onlar cəmiyyətin bütün həyatını məhv ediblər. Əgər orduya gəlsələr, əminəm ki, rüşvət və özbaşınalıqla bu sahəni də tamamilə məhv edəcəklər. Oliqarxların övladlarının orduya gəlməsi bizim qəti şəkildə məğlub olmamız deməkdir", - deyə o bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.