DİN Nardaranda əməliyyat keçirdi: biznesmen qardaşlar insanları qul kimi işlədirmişlər

Day.Az представляет новость на азербайджанском языке

Nardaranda Ukrayna vətəndaşlarının istismar edilməsi faktı aşkarlanıb.

Day.Az DİN-ə istinadən bildirir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bilgəh qəsəbə sakinləri Ədalət Əliyevin və qardaşı Ataməlinin Nardaran qəsəbəsinin ərazisində yerləşən fərdi heyvandarlıq müəssisələrində Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur etmələri müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.